Yığmamız dörddəbir finala vəsiqə qazandı -Şahmat Olimpiadası
Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası qrup oyunlarını lider kimi başa vuraraq birbaşa dörddəbir finala vəsiqə qazanıb.
Sportfm.az xəbər verir ki, heyətində Rauf Məmmədov, Qədir Hüseynov, Günay Məmmədzadə, Türkan Məmmədyarova, Aydın Süleymanlı və Gövhər Beydullayevanın mübarizə apardığı komandamız son turda Fransa yığması üzərində 3,5:2,5 hesablı qələbə qazanıb. Aktivində 14 xal olan yığmamız qrup oyunlarını birinci yerdə başa vurub. Macarıstan (14 xal) komandası ikinci, Ukrayna (13 xal) yığması isə üçüncü yeri tutub.
İkinci və üçüncü yerləri tutan komandalar isə pley-off mərhələsinə vəsiqə qazanıblar. Qeyd edək ki, A qrupunda da dörddəbir finala və pley-offa vəsiqə qazanan komandalar müəyyənləşib. Belə ki, Hindistan 17 xalla birbaşa dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Çin (16 xal) və Almaniya (11 xal) komandaları isə növbəti mərhələdə mübarizə aparacaqlar. Digər iki qrupda — C və D qruplarında oyunlar davam edir. Rusiya C, ABŞ isə D qrupunda liderlik edir.
Oxşar xəbərlər
Olimpiadanın ən yaxşıları arasında şahmatçılarımız da var - Uğur
Milli komandamız Ukraynaya məğlub oldu
Millimiz mübarizəyə qoşulur - Ümumdünya Şahmat Olimpiadası
Yığmamız Yunanıstan komandası ilə qarşılaşdı
Hollandiya DÇ-2018-dən kənarda qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi - Böyük Dəbilqə
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
Binə stadionu FİFA sertifikatına layiq görüldü
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı
-
“Səbail”dən darmadağın - I Liqa














Misli Premyer Liqası