reklam
Millimiz mübarizəyə qoşulur -
Sportfm.az xəbər saytı

Millimiz mübarizəyə qoşulur -Ümumdünya Şahmat Olimpiadası


Bu gün Ümumdünya Şahmat Olimpiadasında "Top-divizion"un oyunlarına start veriləcək. 

Sportfm.az xəbər verir ki, B qrupunda mübarizə aparan Azərbaycan millisi də ilk görüşlərini keçirəcək.

Komanda yarışın birinci günündə Niderland, Macarıstan və Cənubi Afrika Respublikasının yığmaları ilə üz-üzə gələcək. Bu qrupda, həmçinin Ukrayna, Slovakiya, Qazaxıstan, İspaniya, Norveç və Fransa milliləri də yer alıb. 

Hər qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək. 

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib.

Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq. Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.

Oxşar xəbərlər

Azərbaycan Ermənistanla qarşılaşa bilər - Olimpiadada
Milli komandamız Ukraynaya məğlub oldu
Millimiz qələbə ilə başladı - Ümumdünya Şahmat Olimpiadası
Şahmat Olimpiadasında top-divizionun oyunları keçiriləcək - 40 komanda mübarizə aparacaq
Millimiz “Top-divizion”da mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər