Hollandiya DÇ-2018-dən kənarda qaldı
Avropa zonasında futbol üzrə dünya çempionatının təsnifat mərhələsinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, son turda A və B qruplarının qalibləri, həmçinin H qrupundan pley-off mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşib.
A qrupunda birinci yeri doğma meydanda Belarusu 2:1 hesabla məğlub edən Fransa millisi tutub. İkinci pillədə Hollandiyanı vurulan qolların sayına görə qabaqlayan İsveç millisi qərarlaşıb.
B qrupunda son turda İsveçrə üzərində 2:0 qələbə qazanan Portuqaliya yığması qrup birincisi kimi mundiala vəsiqəni təmin edib. İsveçrə isə məğlubiyyətdən sonra ikinci pilləyə düşüb və mübarizəni pley-off mərhələsində davam etdirəcək.
H qrupunda ikinci yeri Gibraltar millisini 4:0 hesabı ilə darmadağın edən Yunanıstan komandası tutub.
Beləliklə, Avropa zonasından DÇ-2018-ə birbaşa vəsiqəni Fransa, Portuqaliya, Almaniya, Serbiya, Polşa, İngiltərə, Belçika və İslandiya yığmaları qazanıblar.
Oxşar xəbərlər
Türkiyə Monteneqro, Fransa Finlandiya ilə qarşılaşacaq - DÇ-2022
Yığmamız dörddəbir finala vəsiqə qazandı - Şahmat Olimpiadası
4 komanda mundiala vəsiqə qazandı - Elit-raund mərhələsinə yekun vuruldu
Rusiyaya yollanacaq bütün yığmalar məlumdur - SİYAHI
Xorvatiyadan inamlı, İsveçrədən minimal hesablı qələbə - DÇ-2018: Avropa zonasında pley-off mərhələsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası