reklam
Martines üçün 70 milyon avro -
Sportfm.az xəbər saytı

Martines üçün 70 milyon avro -Təklif


“Barselona” "İnter"in hücumçusu Lautaro Martinesi transfer etmək üçün yenidən hərəkətə keçib.

Sportfm.az xəbər verir ki, katalonlar argentinalı futbolçu ilə uzun müddət danışıq aparsa da, koronvirusun yaratdığı maliyyə problemlərinə görə geri çəkilmişdi. Ancaq Çempionlar Liqasının 1/4 finalında "Bayern"ə 2:8 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi Martinesi transfer etmək üçün səfərbər olub. 

"Marca"nın məlumatına görə, "Barsa" 23 yaşlı hücumçu üçün 70 milyon avro təklif etmək fikrindədir. "İnter"in bu məbləği qəbul etməyəcəyi bildirilir. Milan təmsilçisi Lautaro üçün 100 milyon avrodan çox təzminat istəyir. 

Martines ötən mövsüm 49 oyunda 21 qol vurub, 7 məhsuldar ötürmə edib. "İnter" Argentina millisinin üzvünü 2 mövsüm əvvəl "Rasinq"dən 25 milyon avroya transfer edib. Martinesin müqaviləsi 2023-cü ilin yayında bitəcək.

Oxşar xəbərlər

PSJ İkardini transfer etdi – RƏSMİ
"Barselona" "İnter"in futbolçusu üçün hərəkətə keçdi
“Barselona” oyunçusunu satmağa hazırlaşır
İki super klub arasında mübarizə gedir
Messiyə 100 milyon təklif etdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər