reklam
Sportfm.az xəbər saytı

"Bütün diqqətimiz "Neftçi"yə yönəlib" -"Şkupi"nin baş məşqçisi


"Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın "Şkupi" klubunun baş məşqçisi Məhərrəm Bayrami açıqlama verib.

Sportfm.az xəbər verir ki, 35 yaşlı mütəxəssis ölkə çempionatının III turunda "Belasitsa"ya 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Avropa Liqası barədə də danışıb:

"Çoxlu qol fürsətlərimiz oldu. Qalib gəlmək heç vaxt asan olmur. İlk hissədə 100 faizli qol epizodlarımız oldu, ancaq biz 90-cı dəqiqəyə əlavə edilmiş dəqiqələrdə 2 qol vurub, qələbə qazandıq. Buna baxmayaraq, qələbəyə görə məmnunam. Artıq bütün diqqətimiz "Neftçi"yə yönəlib. Bakıda baş tutacaq qarşılaşmaya köklənəcəyik və bu gündən həmin matça hazırlaşacağıq. 

"Neftçi" - "Şkupi"  matçı avqustun 27-də "Bakcell Arena"da saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

“Neftçi” "Skupi"yə qalib gəldi - YENİLƏNİB
"Biz necə komanda olduğumuzu bilirik" - "Neftçi"nin baş məşqçisi
"Neftçi"nin rəqibinin növbəti transferi - FOTO
“Neftçi”nin rəqibi azərbaycanlı oyunçunu transfer etdi – RƏSMİ
"Neftçi", "Keşlə" və "Sumqayıt"ın rəqibləri bilindi - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər