AFFA-ya qrant ayrıldı -Avropa Birliyi tərəfindən
AFFA-nın iştirakçısı olduğu daha bir layihə üçün Avropa Birliyi tərəfindən qrant ayrılıb.
Sportfm.az xəbər verir ki, Avropa Birliyinin Horizon 2020 proqramı çərçivəsində qrant ayrılmış layihə bu ilin sentyabr ayından həyata keçirilməyə başlayacaq.
Layihə çərçivəsində stadionlar, məşq mərkəzləri və digər futbol infrastruktur obyektlərində enerji səmərəliliyinin tətbiqi və bərpa olunan enerji mənbələrindən istifadəsi baxımından renovasiyasının icma əsaslı maliyyələşdirmə sxemi hazırlanacaq. AFFA-ya ayrılan qrantın məbləği 30,056.25 avrodur.
GREENFOOT layihəsi futbol infrastrukturunda ictimai maliyyələşdirmə əsasında enerji səmərəliliyinin tətbiqi və bərpa olunan enerji mənbələrindən istifadəni ehtiva edir.
Avropa Komisiyası və UEFA arasında Avropada idmana birgə investisiya ilə bağlı bəyənnamə imzalanıb və bu Avropa birliyinə üzv olan və olmayan ölkələrin Milli Assosiasiyalarına müxtəlif layihələr üzrə birbaşa investisiya və dəstək proqramlarında iştirak üçün şərait yaradır.
Oxşar xəbərlər
İdman Nazirliyində yoxlama: Qanunsuzluqlar aşkar edildi
AFFA-ya Avropa Birliyi tərəfindən qrant ayrıldı
Avropa çempionatı üçün 600.000 ağac əkiləcək
AFFA rəsmisi UEFA-nın seminarında iştirak etdi - FOTO
AFFA-da yeni layihə ilə bağlı görüş keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
31-ci turun təyinatları açıqlandı - Premyer Liqa
-
"Şimal" yenə məğlub olmadı, "Şəfa" çempionluğu rəsmiləşdirə bilmədi - Birinci Liqa
-
Millimiz Litvaya uduzdu
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası















Misli Premyer Liqası