reklam
Bernardeski “Qarabağ”ı böyük hesabla məğlub etdiklərini xatırlatdı
Sportfm.az xəbər saytı

Bernardeski “Qarabağ”ı böyük hesabla məğlub etdiklərini xatırlatdı


"Fiorentina"nın futbolçusu Federiko Bernardeski Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, İtaliya "A" seriyasının son turunda "Palermo” ilə matçda (2:1) ilk qolun müəllifi olan futbolçu bunları deyib: "Palermo” ilə oyundan sonra komandamız Avroliqanın qarşıdakı matçına köklənib. PAOK-a öz meydanımızda uduzduğumuza görə, bu dəfə vəziyyəti düzəldib, qrupdan çıxmaq istəyirik. İlk oyunda "Qarabağ”a böyük hesabla qalib gəlmişdik (5:1). İndi səfərdə də qələbə qazanmalıyıq. Qrupda birinci yeri tutmaq üçün "Qarabağ”ı məğlub etməliyik”.
"Qarabağ” - "Fiorentina” matçı dekabrın 8-də keçiriləcək və saat 20.00-da başlayacaq.

Oxşar xəbərlər

"Fiorentina" Bakıya bu futbolçularla gəlir
"Fiorentina"nın baş məşqçisi: "Bakıda bizə heç-heçə də bəs edir"
"Qarabağ" - "Fiorentina" matçının biletləri satışa çıxır - FOTO
"Slovan"nın baş məşqçisi:"Uğursuz seriyaya son qoya bilərik"
"Qarabağ"ın futbolçusu Avroliqanın ən yaxşı futbolçusu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər