reklam
Rekordçunun yubileyi -
Sportfm.az xəbər saytı

Rekordçunun yubileyi -450-ci oyununu keçirdi


Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib.
Sportfm.az xəbər verir ki, "Səbail"in kapitanının yubileyi Misli Premyer Liqasının XVIII turuna təsadüf edib.

O, Bakı klubuna qədər şərəfini qoruduğu “Qarabağ”la görüşdə yubileyini rəsmiləşdirib. Bu matçda onun komandası məğlub olub - 0:3.

Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu olan 33 yaşlı yarımmüdafiəçi yarışda 2003/04 mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də səfərdə keçirilən “Şəfa” – “Şahdağ” matçında (1:0) meydana çıxıb.

​450 oyunda 34 qol vuran Əmirquliyev ölkə çempionatlarında 4 klubun formasını geyinib. O, “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun), “Səbail”də 102 (1 qol) dəfə şans qazanıb.

Oxşar xəbərlər

Rahid Əmirquliyev üçün əlamətdar tur
"Şamaxı"nın kapitanı 9-cu oldu
Rauf Əliyev 300-ə çatdı - Azərbaycan çempionatı
"Səbail"in futbolçusundan tarixi rekord - Ən çox matç keçirən
Rahid Əmirquliyev 350-ə çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər