Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rahid Əmirquliyev 350-ə çatdı
Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.
Sportfm.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Səbail”in 29 yaşlı yarımmüdafiəçisinin yubileyi Topaz Premyer Liqasının II turuna təsadüf edib.
Bu, “Qarabağ”la qarşılaşmadakı 0:2 hesablı məğlubiyyətin qeydə alındığı matçda gerçəkləşib. 350 oyunda 33 qol vuran Əmirquliyev çempionatlarda 4 klubun şərəfini qoruyub. Debütü 2003/04 mövsümündə rəsmiləşən yarımmüdafiəçi ilk klubu olan Qusar “Şahdağ”ında 57 (4 qol), “Xəzər Lənkəran”da 254 (26), “Qarabağ”da 37 (3), “Səbail”də 2 oyun keçirib.
Qeyd edək ki, Rahid Azərbaycan çempionatları tarixində 350 və daha çox oyun keçirən 8-ci futbolçudur.
Oxşar xəbərlər
Rahid Əmirquliyev 35 yaşında futboldan getdi
Rekordçunun yubileyi - 450-ci oyununu keçirdi
Rahid Əmirquliyev üçün əlamətdar tur
"Şamaxı"nın kapitanı 9-cu oldu
"Səbail"in futbolçusundan tarixi rekord - Ən çox matç keçirən
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası