reklam
40-cı duel
Sportfm.az xəbər saytı

40-cı duel


Topaz Premyer Liqasında XIII tur mərkəzi oyunla tamamlanacaq. Sportfm.az "Qəbələ" klubunun rəsmi saytına istinadən xəbər veri ki, noyabrın 29-da keçiriləcək qarşılaşmada çempionatın liderləri "Qəbələ” və "Qarabağ” üz-üzə gələcək. UEFA Avropa Liqasının qrup mərhələsinin iştirakçıları qış çempionunun müəyyənləşməsi baxımından çox böyük əhəmiyyətə malik duelə çıxacaq. Bakıdakı "Azərsun Arena”da baş tutacaq qarşılaşmada komandalar tarixlərində 40-cı dəfə üz-üzə gələcək.
Yubiley duelinin iştirakçıları 58 gündən sonra yenidən münasibətlərini aydınlaşdıracaq. Oktyabrın 2-də Qəbələdəki görüşdə 2 cavabsız qolla qalib gələn "qırmızı-qaralar” məhz həmin qələbə sayəsində şəxsi oyunlardakı üstünlüklə Premyer Liqanın lideridir.
Ümumilikdə isə rəqiblər ilk dəfə 2006-cı il avqustun 20-də qarşılaşıb. 10 il ərzində "Qəbələ” və "Qarabağ” 33 dəfə Premyer Liqada, 6 dəfə Azərbaycan kubokunda üz-üzə gəliblər. Baş tutan matçlarda "Qəbələ” 9, "Qarabağ” 15 qələbə qazanıb. "Qırmızı-qaralar” səfərdən 3 xalla dönsə, yubiley – 10-cu qələbəni qeyd edəcək. Digər 15 matçda isə heç-heçə qeydə alınıb. 84 qolun vurulduğu duellərdə "qırmızı-qaralar” 36, "ağ-göylər” 48 dəfə fərqlənib.
Premyer Liqadakı 33 matçda isə 75 top vurulub. 8 qələbəsi olan "Qəbələ” 31, 15 dəfə 3 xal qazanan "Qarabağ” 44 dəfə rəqib qapısına yol tapıb. 10 matçda isə hər komanda 1 xal əldə edib. Komandalar 20-ci dəfə "Qarabağ”ın qonağı olacaq "Qəbələ” səfərdə 4 qələbə əldə edib. "Qırmızı-qaralar” rəqib meydanında 7 heç-heçə edib və 8 dəfə uduzub. Meydan sahiblərinin 21 qoluna komandamız 17 dəfə cavab verib.

Oxşar xəbərlər

“Neftçi” və “Qəbələ”nin 68-ci dueli
75-ci dueldə kim qalib gələcək?
"Qəbələ" ilə 66-cı duel
Qəbələdə yubiley oyunu
“Qarabağ”la “Qəbələ”nin 49-cu dueli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər