reklam
ÇL-də həftənin oyunçusu adına namizədlər -
Sportfm.az xəbər saytı

ÇL-də həftənin oyunçusu adına namizədlər -SİYAHI


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsverməyə başlayıb. 

Sportfm.az xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Kayl Uolker, İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu, İspaniya "Barselona"sının forvardı Lionel Messi və Almaniya "Bavariya"sının ön xətt oyunçusu Robert Levandovski iddialıdır. 

Uolker "Real Madrid"lə cavab görüşündə (2:1) bir dəfə top alıb və 85 faiz dəqiq ötürmə verib. Ronaldu Fransa "Lion"u ilə qarşılaşmada (2:1) dubl edib. Messi İtaliya "Napoli" ilə matçda (3:1) qol vurub və penalti qazanıb. Levandovski isə "Çelsi" ilə oyunda (4:1) 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

 

Oxşar xəbərlər

Dünyanın ən yaxşı futbolçusu - Robert Levandovski
10 ilin rəmzi komandası - Messi, Ronaldo və Levandovski
Levandovski yenə ən yaxşı oldu
Mövsümün ən yaxşı futbolçusu - Robert Levandovski
Ən yaxşı mərkəz hücumçuları açıqlandı - Top 10

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər