Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünyanın ən yaxşı futbolçusu -Robert Levandovski
FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.
Sportfm.az xəbər verir ki, bu ada Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski sahib çıxıb. Polşalı forvard ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.
O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salahı geridə qoyub.
Ötən il 69 qol vuran Levandovski "Bavariya" ilə Almaniya Bundesliqasının və Kubokunun qalibi olub.
Qeyd edək ki, 2018-ci ildə bu mükafatı "Real Madrid"dən xorvatiyalı Luka Modriç qazanıb. Kriştianu Ronaldu "The Best" mükafatına "kral klubu"nda çıxış etdiyi vaxt - 2016 və 2017-ci illərdə, Messi isə 2019-cu ildə yiyələnib.
Oxşar xəbərlər
Levandovski Messi ilə Ronaldonu müqayisə etdi
10 ilin rəmzi komandası - Messi, Ronaldo və Levandovski
Levandovski yenə ən yaxşı oldu
Levandovski yenə Messi və Ronaldonu keçdi - Ən yaxşı oyunçu
İlin ən yaxşı futbolçusu açıqlanacaq - FİFA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin