Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Levandovski yenə ən yaxşı oldu
İspaniyanın "Marca" nəşri 2020-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib.
Sportfm.az xəbər verir ki, qalib adını Almaniyanın "Bavariya" klubunun və Polşa millisinin hücumçusu Robert Levandovski qazanıb. İkinci yeri Münhen təmsilçisinin daha bir oyunçusu Coşua Kimmix tutub. Fransa PSJ-sinin forvardı Kilian Mbappe isə üçüncü olub.
İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu dördüncü, İspaniya "Barselona"sının kapitanı Lionel Messi isə 10-cu yerlə kifayətlənib.
Qeyd edək ki, Robert Levandovski FIFA versiyası üzrə ilin ən yaxşı futbolçusu və "Globe Soccer Awards" mükafatına sahib çıxıb.
Oxşar xəbərlər
Dünyanın ən yaxşı futbolçusu - Robert Levandovski
Levandovski yenə Messi və Ronaldonu keçdi - Ən yaxşı oyunçu
Mövsümün ən yaxşı futbolçusu - Robert Levandovski
ÇL-də həftənin oyunçusu adına namizədlər - SİYAHI
İlin ən yaxşı bombardiri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin