reklam
Pivə içməyə icazə verildi -
Sportfm.az xəbər saytı

Pivə içməyə icazə verildi -AVRO-2020


2021-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatı müddətində Rusiyanın Sankt-Peterburq şəhərinin küçələrində alkoqoldan istifadəyə icazə verilə bilər.

Sportfm.az xəbər verir ki, bu məsələ "AVRO-2020-yə hazırlıq haqqında" Qanunun yeni versiyasında əksini tapıb. Həmin sənədə əsasən, alkoqollu içkilərin əldə edilməsi və qəbulu demək olar ki, hər yerdə mümkündür. Yalnız məktəb, nəqliyyat, hərbi obyektlər və insanların kütləvi toplaşdığı digər yerlər istisnadır.

Əvvəlki qanunda UEFA-nın tələbi ilə pivənin yalnız stadionda satılmalı olduğu bəndi əksini tapmışdı.

Qeyd edək ki, bu il keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən 2021-ci il iyunun 11-dən iyulun 11-dək təxirə salınıb.

 

Oxşar xəbərlər

Ev sahibliyi Dublindən alındı - AVRO-2020
8 şəhər UEFA-ya təminat verdi - AVRO-2020
25 futbolçu sifariş edilməsinə icazə veriləcək - AVRO-2020
5 əvəzetməyə icazə verildi - AVRO-2020
"Tik-Tok" AVRO-2020-nin sponsoru oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər