Bakı klubu kapitanı ilə yollarını ayırdı
"Azerreyl" ötən mövsümdə komandanın kapitanı olmuş sloveniyalı voleybolçu Moytsa Pene ilə yollarını ayırıb.
Sportfm.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bununla bağlı təəssüratlarını sosial şəbəkə hesabında bölüşən legioner oyunçu koronavirus pandemiyası səbəbindən belə qərar qəbul olunduğunu bildirib: "İyun və iyulda fərdi məşqlər edirdim. Özümü yeni mövsümə hazır sayırdım. İndi isə B planı işə düşür. Özümə yeni klub tapmalı və komandama mümkün qədər tez qoşulmalıyam. Yenidən transfer bazarına üz tutmalıyam. Kimsə bu mövqeyə oyunçu axtarırsa, mən formadayam və başlamağa hazıram. Mənə xəbər edin".
Qeyd edək ki, 2020/2021 mövsümündə Çağırış Kubokunda iştirakdan imtina edən "Azerreyl" ilin əvvəlində əcnəbi oyunçularla imzalanmış muqavilələrə xitam vermək üçün legionerlərlə danışıqları davam etdirir.
Oxşar xəbərlər
"Qarabağ" Balayevlə yollarını ayırdı - Müqavilə pozuldu
"Zirə" qapıçısı ilə yollarını ayırdı - Müqaviləyə xitam verildi
"Sumqayıt" 2 futbolçusunu göndərdi - Müqaviləyə xitam verildi
"Azerreyl" avrokuboklarda iştirakdan imtina etdi - Koronavirusa görə
"Keşlə" 4 əcnəbi futbolçu ilə yollarını ayırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası
-
Azərbaycan komandasının bayraqdarları məlum oldu - Dakar-2026















Misli Premyer Liqası