reklam
Kasilyas karyerasını başa vurdu
Sportfm.az xəbər saytı

Kasilyas karyerasını başa vurdu


İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu İker Kasilyas peşəkar karyerasına son qoyub.

Sportfm.az xəbər verir ki, bu barədə 39 yaşlı qapıçı özünün "Twitter" hesabında paylaşım edib.

"Əsas olan arzuladığınız təyinat nöqtəsi deyil, sizi müşayiət edən insanlar kimi getdiyiniz yoldur. Hər şey görülən iş və səylə qazanılır. Tərəddüd etmədən deyə bilərəm ki, bu, həm yol, həm arzu, həm də hədəf oldu. Sağ olun", veteran qolkiper yazıb.

Qeyd edək ki, 2019-cu ilin mayında infarkt keçirən İker Kasilyas ötən mövsüm Portuqaliya "Portu"sunun heyətində meydana çıxmayıb. 

 

Oxşar xəbərlər

Kasilyas "Real Madrid"ə qayıtdı - RƏSMİ
Kasilyas “Real Madrid”ə geri dönür
İker Kasilyas prezident olmaq istəmir
Kasilyas karyerasını bitirdi - Prezident olacaq
İker Kasilyas məşqlərə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər