reklam
Kasilyas karyerasını bitirdi -
Sportfm.az xəbər saytı

Kasilyas karyerasını bitirdi -Prezident olacaq


Portuqaliyanın “Portu” futbol klubunun qapıçısı İker Kasilyas karyerasını bitirib.

Sportfm.az xəbər verir ki, bu xəbəri “Portu” klubunun prezidenti Jorje Nunu Pinto Portuqaliya mətbuatına açıqlamasında bildirib. Prezident qeyd edib ki, Kasilyas tezliklə bu barədə açıqlama verəcək və karyerasını bitirdiyini rəsmən elan edəcək.

Ötən ilin mayında infarkt keçirən İker Kasilyas həmin vaxtdan yaşıl meydanlara çıxmır.

Otuz doqquz yaşlı qolkiper İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəddir.

Qeyd edək ki, İ.Kasilyas karyerası ərzində İspaniya millisinin heyətində 167 oyun keçirib. O, bu yığma komanda ilə 2010-cu ildə dünya çempionu, 2008-ci və 2012-ci illərdə isə Avropa çempionu adını qazanıb. İspaniyalı qapıçı “Real Madrid” və “Portu” klublarının şərəfini qoruyub.

Oxşar xəbərlər

Kasilyas "Real Madrid"ə qayıtdı - RƏSMİ
Kasilyas “Real Madrid”ə geri dönür
Əfsanə futboldan getdi
Kasilyas prezidentliyə namizəd oldu
İker Kasilyas məşqlərə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər