Kirilo Petrov Avropa Liqasında -"Neftçi"nin keçmiş futbolçusu
Ukrayna çempionatında avrokuboklara son vəsiqənin sahibi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Avropa Liqasında iştirak hüququ verən həlledici qarşılaşmada "Kolos" və "Mariupol" komandaları üz-üzə gəlib. Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunmuş qarşılaşma "Kolos"un qələbəsi ilə yekunlaşıb - 1:0. Əsas vaxtda qapılara qol vurulmayıb. Əlavə vaxtın 5-ci dəqiqəsində Denis Antyuxun zərbəsi dəqiq olub.
Qalib komandanın heyətində "Neftçi"nin sabiq müdafiəçisi Kirilo Petrov da yer alıb. Təcrübəli futbolçu meydana 57-ci dəqiqədə daxil olub.
Tarixi nailiyyətə imza atan "Kolos" Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Kiyev vilayətinin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən komanda püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq.
Oxşar xəbərlər
Azərbaycanlı futbolçu Ukraynada fərqləndi - Assist
Nuriyevə 1 dəqiqə vaxt verildi - Ukrayna Premyer Liqası
Nuriyev baş məşqçisiz qaldı - İstefa
Azərbaycan klublarını gözləyən "Qalatasaray" və "Tottenhem"...
"Neftçi"dən ayrılan futbolçu özünə klub tapdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi















Misli Premyer Liqası