Azərbaycan klublarını gözləyən "Qalatasaray" və "Tottenhem"...
Avropa Liqasının növbəti mövsümündə bir sıra böyük komandalar mübarizəyə ikinci təsnifat mərhələsindən start verəcək.
Sportfm.az xəbər verir ki, adətən Çempionlar Liqasında və ya Avropa Liqasının birbaşa qrupunda görməyə alışdığımız həmin klublar ölkə çempionatlarının son mövsümündəki nəticələrə əsasən, mübarizəyə bu qədər erkən başlamalı olacaq. Yüksək reytinqə malik olduqları üçün səpələnmişlər səbətində yer alacaq sözügedən komandalar Azərbaycanın Avropa Liqası təmsilçiləri üçün potensial rəqib sayılır.
"Neftçi", "Keşlə" və "Sumqayıt" mərhələ keçəcəkləri təqdirdə böyük ehtimalla səpələnməmişlər səbətində olacaq. Bunun əksinin baş verməsi üçün az qala möcüzəyə ehtiyac var - I təsnifat mərhələsində çoxlu sensasiya, güclülərin mübarizəni dayandırması...
II təsnifat mərhələsinin səpələnmişlər səbətində yer alacaq komandaların arasında "Milan", "Tottenhem", "Qalatasaray", "Volfsburq" kimi klublar var:
Avropa Liqası
II təsnifat mərhələsi
Səpələnmişlər
"Tottenhem" (İngiltərə), "Bazel" (İsveçrə), "Kopenhagen" (Danimarka), "Volfsburq" (Almaniya), BATE (Belarus), "Qalatasaray"(Türkiyə), "Standart Lyej" (Belçika), "Qranada" (İspaniya), "Milan" (İtaliya), "Qlazqo Reyncers" (Şotlandiya), "Reyms" (Fransa), "Riu Ave" (Portuqaliya), "Dinamo" (Moskva, Rusiya), "Slovan" (Libereç, Çexiya), "Hayduk" (Xorvatiya), "Villem" (Niderland), "Yabloneç" (Çexiya), "Kolos" (Ukrayna), "Hartberq" (Avstriya).
AL-də I təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq, oyunlar isə ayın 27-də keçiriləcək.
Oxşar xəbərlər
Bu gün "Qarabağ"ın pley-offda rəqibi bilinəcək - Avropa Liqası
III təsnifat mərhələsinin püşkü atılacaq - Avropa Liqası
"Qarabağ"ın potensial rəqibləri məlum oldu - Oyun harda olacaq?
“Neftçi”, “Keşlə” və “Sumqayıt” mərhələ adlayarsa... – Nəhənglər gözləyir
"Qarabağ" "Ayaks"la qarşılaşa bilər...Ağdam klubunun potensial rəqibi məlum olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" oyunu Rəşad Əhmədova tapşırıldı - Premyer Liqa
-
Komandamız "Srvena Zvezda"ya qalib gəldi - Avropa Kuboku
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
"Lill" - "Qalatasaray" - VİDEO
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı















Misli Premyer Liqası