Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi", "Sumqayıt", AZAL və "İnter" 1/4 finalda!
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə start verilib. Sportfm.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub. İlk oyun MOİK və "Sumqayıt” arasında keçirilib. Görüşün son dəqiqələrində vurulan iki qol elita təmsilçisi "Sumqayıt"ı ilk 1/4 finalçı edib. Daha sonra "İnter” "Qaradağ Lökbatan”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də elita təmsilçisi darmadağınla növbəti mərhələyə adlayıb. Premyer Liqanın autsayderi AZAL "Rəvan”la qarşılaşıb. Elita təmsilçisi Birinci Divizionun autseydirini darmadağın edib. "Neftçi” də "Şərurspor”u qəbul edib. Tarixinin ən pis dönəmini yaşayan "Ağ-qaralar" sürprizə imkan verməyib və iki erkən qol sayəsində qələbə qazanmağı bacarıb.
Azərbaycan Kuboku 1/8 final 2 dekabr (cümə)
MOİK - "Sumqayıt” - 0:2 Qollar: M.Qurbanov, 76 (0:1). A.Yunanov, 82 (0:2).
"İnter” - "Qaradağ Lökbatan” - 5:1 Qollar: R.Əliyev, 13 (1:0). R.Abışov, 51-pen. (2:0). R.Əliyev, 53 (3:0). A.Ramazanov, 60 (4:0). R.Abışov, 76 (5:0). M.Alıyev, 90+1 (5:1).
AZAL - "Rəvan” - 4:0 Qollar: Ş.Məmmədov, 12 (1:0). M.Hüseynpur, 62 (2:0). D.Canelidze, 80 (3:0). D.Canelidze, 85 (4:0).
"Neftçi” - "Şərurspor” - 2:0 Qollar: F.Muradbəyli, 14 (1:0). M.İsayev, 22 (2:0).
Digər oyunlar sabah keçiriləcək: "Turan Tovuz” – "Zirə”, "Şahdağ” – "Kəpəz”, "Qəbələ” – "Zaqatala”, "Qarabağ” – "Səbail”.
Oxşar xəbərlər
"Səbail" 1/4 finalda - Azərbaycan Kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar müəyyən oldu
Ölkə kubokunun 1/8 final mərhələsinin oyun cədvəli açıqlandı
Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb
Birinci divizion: 2016/2017 mövsümünün təqvimi müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası