reklam
FİFA bütün çempionatlarda sükut elan edib
Sportfm.az xəbər saytı

FİFA bütün çempionatlarda sükut elan edib


Kolumbiyadakı təyyarə qəzasında həyatlarını itirən Braziliyanın "Şapekoense" klubunun üzvlərinin xatirəsini yad etmək məqsədilə həftəsonu bütün çempionatlarda keçiriləcək oyunlardan öncə bir dəqiqəlik sükut olunacaq.

Sportfm.az report-a istinadən xəbər verir ki, bu barədə qərarı FİFA qəbul edib. 

Qərara əsasən, futbolçular oyunlara qara sarğıda çıxmalıdırlar. 
Qeyd edək ki, bu həftə Azərbaycanda yalnız ölkə kubokunun 1/8 final oyunları keçiriləcək. Bakının "İnter" klubu həmin qəzada dünyasını dəyişmiş sabiq futbolçusu Filipe Maçadonu yad edəcək. Peşəkar Futbol Liqasının razılığına əsasən, "Qaradağ Lökbatan"la bugünkü görüşdən öncə bir dəqiqəlik sükut olacaq.
Qeyd edək ki, qəzada təyyarədə olan 81 nəfərdən 76-sı dünyasını dəyişib. Onlardan 22-si "Şapekoense" klubunun futbolçuları olub. Filipe Maçadodan əlavə, "Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Villiam Tieqo de Xesus da faciəvi hadisədə həyatını itirib. 

Oxşar xəbərlər

Oyunlardan öncə 1 dəqiqəlik sükut olacaq
Kubokun oyunları sükutla başlayacaq
Bakı "İnter"inin sabiq futbolçusu torpağa tapşırıldı - FOTO
Ronaldinyo "Şapekoense"da oynamaq istəyir
Təyyarə qəzasından öncə "Şapekoense" futbolçularının son görüntüləri - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər