reklam
Onun üçün mövsüm erkən bitdi -
Sportfm.az xəbər saytı

Onun üçün mövsüm erkən bitdi -FOTO


ABŞ-ın “Los Anceles Qalaksi” klubunda forma geyinən Xavyer Hernandes üçün mövsüm vaxtından əvvəl başa çatıb.

Sportfm.az xəbər verir ki, Çiçarito ləqəbli futbolçu ötən həftə məşq edərkən sağ ayağından zədə alıb.

Meksikalı futbolçu ətraflı müayinədən keçib və onun mövsümün geridə qalan hissəsində meydana çıxmayacağı üzə çıxıb. Bu barədə 32 yaşlı hücumçunun klubu məlumat yayıb.

Qeyd edək ki, koronavirus pandemiyasına görə martdan bəri dayandırılan ABŞ MLS-ində mövsüm iki həftə əvvəl fərqli formatda bərpa olunub.

Oxşar xəbərlər

"Turan"ın futbolçusu üçün mövsüm erkən bitdi
"Liverpul"un futbolçusu üçün mövsüm erkən bitdi
Çiçarito ən yaxşı oldu - MLS-də
Yeni mövsümün start tarixi açıqlandı
"Qalatasaray"ın yeni hədəfi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər