reklam
İlham Əliyev yenidən MOK-un prezidenti seçilib
Sportfm.az xəbər saytı

İlham Əliyev yenidən MOK-un prezidenti seçilib


Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib. 

Sportfm.az xəbər verir ki, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

O bildirib ki, seçki MOK-un bu gün keçirilən hesabat-seçki konfransı çərçivəsində baş tutub: 

"Konfransda iştirak edən MOK üzvləri yekdilliklə, böyük həvəs və sevinc hissi ilə cənab prezidenti yenidən MOK-un prezidenti seçdilər. Bu münasibətlə idman ictimaiyyəti adından dövlətimizin başçısını təbrik edirik. Bugünkü böyük nailiyyətlərimizin əsasını idmançının əsl dostu, idmana böyük köməklik göstərən, dəstək olan cənab prezident qoyub. Ona böyük uğurlar arzulayırıq”.

Qeyd edək ki, Prezident İlham Əliyev MOK-a 1997-ci ildən rəhbərlik edir. 

Oxşar xəbərlər

Aleksander Çeferin İlham Əliyevi təbrik etdi
Çingiz Hüseynzadə yenidən Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib
Rauf Əliyev federasiya prezidenti oldu
Olimpiya Komitəsinin rəhbərliyində yer alacaq şəxslər müəyyənləşdi
Robert Prosineçki:"Bu, mənim üçün böyük şərəfdir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər