reklam
Birgə çempionat davam edir
Sportfm.az xəbər saytı

Birgə çempionat davam edir


7-8 noyabr tarixlərində Akrobatika gimnastikası üzrə 23-cü Bakı Çempionatı, həmçinin Batut gimnastikası və tambliq üzrə 14-cü Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışları keçiriləcək. Sportfm.az xəbər verir ki, akrobatların start verəcəyi yarışların ilk günü qadın cütlükləri (uşaqlar – 2000-2007-ci il təvəllüdlü), kişi cütlükləri (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər), qarışıq cütlüklər (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər, uşaqlar – 2000-2007-ci il təvəllüdlü, balacalar – 2002-2010-cu il təvəllüdlü) və qadın qrupları (yeniyetmələr 1998-2006-ci il təvəllüdlü, uşaqlar – 2000-2007-ci il təvəllüdlü, balacalar – 2002-2010-cu il təvəllüdlü) medallar uğrunda öz qüvvələrini sınayacaqlar.
50-dən çox idmançının iştirak edəcəyi yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport” Klubu, "Neftçi” idman klubu və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi təmsil olunacaq.
Yarışların ikinci günü isə batut və tamblinqçilərin çıxışları ilə davam edəcək. Kiçiklər (2008-2010-cu il təvəllüdlü), uşaqlar (2006-2007-ci il təvəllüdlü), balacalar (2003-2005-ci il təvəllüdlü), böyüklər (1999-cu il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında 30-dan çox batutçu və balacalar (2007-ci il təvəllüdlü və daha kiçik), yeniyetmələr (2003-2006-cı il təvəllüdlü), gənclər (2000-2002-ci il təvəllüdlü) və böyüklər (1999-cu il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında isə 20-dən yuxarı tamblinqçi öz çıxışları ilə Bakı Gimnastika Məktəbi və "Ocaq Sport” klubunu təmsil edəcəklər.
Yarışın nəticələrini saytımızdan izləyə bilərsiniz.

Oxşar xəbərlər

Gimnastikanın 3 növü üzrə yerli yarışlar keçiriləcək
134 gimnast arasında ən güclülər müəyyən olundu - FOTO
İdman və akrobatika gimnastikası üzrə birinciliklər keçiriləcək
Futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilib - FOTO
Milli Gimnastika Arenasında iki fərqli növ bir arada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər