Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
DÇ-2022-nin təqvimi açıqlandı
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimi açıqlanıb.
Sportfm.az xəbər verir ki, mundialın açılış matçı noyabrın 21-də yerli vaxtla 13:00 (Bakı vaxtı ilə 14:00) ev sahibi komandanın iştirakı ilə 80 000 azarkeş tutumuna malik "Al Bayt" stadionunda keçiriləcək.
Final qarşılaşması isə dekabrın 18-də saat 18:00-da (Bakı vaxtı ilə 19:00) "Lusail" arenasında olacaq.
Qrup mərhələsinin matçları 21 noyabr - 2 dekabr tarixləri arasında baş tutacaq. 1/8 finalın oyunları 3-6 dekabr, 1/4 final qarşılaşmaları 9-10 dekabr, yarımfinal görüşləri isə 13-14 dekabrda oynanılacaq.
3-cü yer uğrunda matç isə dekabrın 17-də Dohadakı "Xəlifə" stadionunda keçiriləcək.
Oxşar xəbərlər
İkinci finalçı müəyyənləşəcək - DÇ-2022
İlk oyunu Ekvador qazandı - DÇ-2022
DÇ-2022-nin təqvimində dəyişiklik - FİFA
DÇ-2022-nin təqvimi dəqiqləşib
DÇ-2022 üçün daha bir stadion - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası