Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İkinci finalçı müəyyənləşəcək -DÇ-2022
Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.
Sportfm.az xəbər verir ki, mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.
Meksika Futbol Federasiyasından Sezar Ramosun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç "Əl Bayt" stadionunda oynanılacaq.
Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək.
DÇ-2022
Yarımfinal
14 dekabr
23:00. Fransa - Mərakeş
Baş hakim: Sezar Ramos
"Əl Bayt" stadionu
Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.
Oxşar xəbərlər
DÇ-2022-nin qalibi bəlli olacaq
Fransa finalda - DÇ-2022
Portuqaliya Mərakeşə, İngiltərə Fransaya qarşı - DÇ-2022
1/8 finala yekun vurulur - DÇ-2022
DÇ-2022-nin təqvimi açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası