Ferrarinin pilotu cərimələndi
"Formula 1" stüardları Ştiriya Qran-prisinin təsnifat mərhələsində "Alfa Tauri" və "Ferrari" pilotları Daniil Kvyatla Şarl Lekler arasında baş vermiş mübahisəli epizodu araşdırıblar.
Sportfm.az xəbər verir ki, "Red Bull Rinq" avtodromundakı yürüş zamanı Leklerin Kvyatı bloklaması qənaətinə gəlinib. Bununla əlaqədar rusiyalı pilot vaxt itirməli olub. Yol verdiyi qayda pozuntusu ilə əlaqədar monakolu sürücü 3 pillə geriləmə cəriməsi alıb.
Lekler təsnifat mərhələsinin 11-ci pillədə başa vursa da, bu gün keçiriləcək Ştiriya Qran-prisinin start düzülüşündə 14-cü yerdə qərarlaşacaq. Əvəzində "Uilyams"dan Corc Rassell, "Racing Point"dən Lens Stroll və Daniil Kvyat 11 - 13-cü yerlərə irəliləyəcəklər.
İlk mərhələdə "Mercedes" pilotu Lüis Hemilton 3 pillə cərimələnmiş və nəticədə finişə 2-ci yerdə çatmışdı.
Qeyd edək ki, Qran-pri Bakı vaxtı ilə saat 17:10-da başlanacaq.
Oxşar xəbərlər
“Formula 1” Abu Dabi Qran Prisinin təsnifat mərhələsinin qalibi məlumdur
Azərbaycan Qran-Prisinin qalibi Corc Rassell oldu
İdmançıların astronomik maaşları açıqlandı - SİYAHI
Formula 1 Azərbaycan Qran Prisinin qalibi məlum oldu
Fettel Britaniya Qran-prisinin qalibi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO















Misli Premyer Liqası