reklam
65 il əvvəl Göygöldən reportaj -
Sportfm.az xəbər saytı

65 il əvvəl Göygöldən reportaj -VİDEO


Rusiyanın “Sovetski Sport” nəşrinin Azərbaycanın Göygöl rayonundan reportajı üzə çıxıb.

Sportfm.az xəbər verir ki, 65 il əvvəl – 1955-ci ilin mayında “Sovetski Sport” növbəti buraxılışını Göygöl rayonunda yerli kolxozçuların idmanla məşğul olmasına həsr edib.

Bu kadrlarda respublikanın mərhum Əməkdar idman xadimi, Prezident təqaüdçüsü, Milli Olimpiya Komitəsinin üzvü, Yaşar Məmmədovdan əvvəl İdman Veteranları İttifaqının sədri olmuş Əbdül Sadıqovu da görmək olar.

O, Göygöl şəhərindən çempion kimi kolxozçulara yunan-Roma güləşinin incəliklərini öyrədir. Burada güləşdən başqa, futbol, voleybol, atıcılıqda kolxozçuların SSRİ Spartakiadasına hazırlaşdığı görünür.

Bu görüntüləri tanınmış idman jurnalisti Elnur Əşrəfoğlu üzə çıxarıb.

Oxşar xəbərlər

Nazim Hüseynova “Əməkdar idman xadimi” adı verildi
"Mən Azərbaycanın çörəyi ilə böyümüşəm" - Banişevskinin 75 yaşı tamam olur
Məşhur futbolçumuzun xatirəsinə həsr olunan turnir keçiriləcək
13 qat Azərbaycan çempionu dünyasını dəyişdi
Gözəl aparıcı futbolçuları "kolxozçu" adlandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər