

“Red Bull” Sebastyan Fetteli istəmədi
Fernando Alonsonun “Reno” ilə ikiillik müqavilə imzalamasından sonra Avropa mətbuatının növbəti müzakirə mövzusu Sebastyan Fettelin “Red Bull”a qayıdışıdır.
Sportfm.az xəbər verir ki, “Red Bull”un sahibi Ditrix Mateşits və şirkətin avtoidman bölməsinin baş məsləhətçisi Helmut Marko S.Fetteli geri qaytarmaq istəyir.
Növbəti mövsüm Fetteli geri qaytarmaq istəyən “Red Bull” Aleksandr Albonu “Alfa Tauri”yə göndərməyi planlaşdırır.
Bu xəbər avtoidman həvəskarlarını həyəcanlandırdığı bir məqamda “Red Bull”un məsləhətçisi Helmut Marko bütün suallara aydınlıq gətirib: “Sebastyan Fettel üçün yerimiz yoxdur. Biz Albona inanırıq. Aleksandrın bir tərəfi tailandlıdır, “Red Bull”un 51 faizi isə Tailandındır. Fettelin yerinə olsaydım, birillik istirahət götürərdim, vəziyyəti dəyərləndirərdim. Bəlkə bir ildən sonra yaxşı təklif gəldi. Bəlkə də özünü ailəsinin əhatəsində daha rahat hiss etdi və geri qayıtmaq istəmədi”.
Oxşar xəbərlər
"Red Bull" üçün böyük dərd
Pilotların aylıq gəlirləri məlum oldu - SİYAHI Formula 1
Onu komandada görmək istəmirlər
“Red Bull”un pilotu Avstriya Qran-Prisinin qalibi oldu
Fettel yenə öndədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heç kim AFFA ilə çalışmaq istəmir - Həşimov da düşünmək üçün vaxt istədi - EKSKLÜZİV
-
Anatoli Nuriyev əvəzedici komandada çıxış edəcək
-
Qurban Qurbanov Almeyda ilə belə vidalaşdı - FOTO
-
AFFA “Sabah” – “Turan Tovuz” matçının mübahisəli epizodlarını şərh etdi
-
Millimiz Xorvatiyada təlim-məşq toplanışına başladı
-
"Qarabağ" - "Səbail" - START HEYƏTLƏR