reklam
Xəlil Altıntop
Sportfm.az xəbər saytı

Xəlil Altıntop "Bayern"də -FOTO


Türkiyə millisinin keçmiş üzvü Xəlil Altıntop "Bayern"in akademiyasında çalışacaq.

Sportfm.az xəbər verir ki, 38 yaşlı veteran futbolçu Münhen klubunun U-16 komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərəcək. O, Aleksander Moyun köməkçisi təyin edilib. 

Altıntop 5-ci liqa təmsilçisi "Şvaben Auqsburq"u çalışdırırdı. O, ötən 2018/19 mövsümündə "Ştutqart"da məşqçi kimi işləyib. 

Veteran futbolçu Almaniyanın "Kayzerslautern", "Şalke", "Ayntraxt" və "Auqsburq" kimi klublarında çıxış edib. Onun qardaşı Həmid Altıntop 2007-2011-ci illərdə "Bayern"də oynayıb. Həmid hazırda Türkiyə Futbol Federasiyasında idarə heyətinin üzvüdür.

 

Oxşar xəbərlər

Millimizin sabiq üzvü məşqçiliyə başladı
Futbol Federasiyasına hücum edildi, atəş açıldı - ŞOK
“Bayern” səfərdə “Auqsburq”un qonağı olacaq - AFİŞA
Altıntop karyerasını bitirdi - o nə işlə məşğul olacaq?
Türk futbolçu Bundesliqa klubu ilə yollarını ayırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər