reklam
Futbol Federasiyasına hücum edildi, atəş açıldı -
Sportfm.az xəbər saytı

Futbol Federasiyasına hücum edildi, atəş açıldı -ŞOK


Türkiyə Futbol Federasiyasının İstanbuldakı binası atəşə tutulub.

Sportfm.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, binaya 11 atəş açılıb, onlardan 5-i iclas otağına və federasiya prezidentinin ofisinə dəyib. Hücum qurum rəhbərliyinin ötən axşam keçirilən iclası zamanı baş verib. Hücum nəticəsində xəsarət alan olmayıb, hüquq-mühafizə orqanları hücumda şübhəli bilinən iki şəxsi saxlayıb. Şübhəli bilinən şəxslərin sərxoş olduğu deyilir. 

Türkiyə Futbol Federasiyasında yüksək vəzifə tutan Həmit Altıntop “Milliyet”ə açıqlamasında hücumu belə şərh edib: “Atış səslərini eşidən kimi dərhal yerə uzandıq. İdarə Heyətinin üzvləri mənim yaralandığımı düşündülər”.

Oxşar xəbərlər

FİFA TFF-yə silahlı hücumu pilədi
TFF-yə silahlı hücum edildi - Bina atəşə tutuldu
Azərbaycan yığmasının üzvü qətldə şübhəli kimi axtarışa verildi
Klub binasına silahlı basqın edildi - FOTO
Futbolçunun avtomobili atəşə tutuldu - Araşdırmalar başlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər