reklam
İcazəsiz Türkiyə klubundan ayrıldı -
Sportfm.az xəbər saytı

İcazəsiz Türkiyə klubundan ayrıldı -Müqaviləsinə xitam verildi


Türkiyənin “Qaziantep” klubu qanalı yarımmüdafiəçisi Patrik Tvumasi ilə yollarını ayırıb.

Sportfm.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə futbolçunun qarşılıqlı razılıq olmadan, icazəsiz komandadan ayrıldığı diqqətə çatdırılıb:

“Mövsümün əvvəlində İspaniyanın “Alaves” klubundan bir mövsümlük icarə əsasında komandamıza transfer olunan Patrik Tvumasi, 2020-ci ilin 30 iyununda müqavilə müddətinin bitdiyini əsas gətirərək, icazəsiz olaraq klubumuzdan ayrılıb”.

“Qaziantep” futbolçunun bu addımından narazı qalıb. Məsələ burasındadı ki, FİFA koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar, futbolçuların klubları ilə başa çatan müqavilələrinin mövsümün faktiki başa çatacağı vaxta qədər qüvvədə olmasına qərar verib. Tvumasi isə Türkiyədə mövsümün başa çatmasını gözləmədən komandadan ayrılıb. Bu üzdən də Super Liqa klubu futbolçudan Türkiyə Futbol Federasiyasına və FİFA-ya şikayət ediləcəyini bəyan edib.

Oxşar xəbərlər

Balotelli Türkiyədən getdi - Transfer
Fatihdən Kayseriyə - Bertolaççi müqavilə imzaladı
Super Liqa klubu oyunçusundan şikayət edəcək - Müqaviləsini ləğv etdi
Ankara klubunda ayrılıq - Diallo getdi
Pandemiyanın törətdiyi fəsadlar - Klubdan ayrıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər