reklam
Pandemiyanın törətdiyi fəsadlar -
Sportfm.az xəbər saytı

Pandemiyanın törətdiyi fəsadlar -Klubdan ayrıldı


Türkiyənin “Dənizlispor” klubunun müdafiəçisi Syam Ben Yussef Super Liqa təmsilçisindən ayrılıb.

Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 31 yaşlı futbolçunun bu qərarı birtərəfli qaydada qəbul etdiyi diqqətə çatdırılıb.

Tunisli müdafiəçi müqavilə müddətinin başa çatdığını əsas gətirərək klubdan ayrılıb. “Dənizlispor” isə FİFA-nın “mövsümün sonuna qədər olan müqavilələrin çempionat tam yekunlaşana qədər keçərli sayılacağı” barədə qərara məhəl qoymayan futbolçudan şikayət etməyə hazırlaşır.

Qeyd edək ki, Ben Yussef bu ilin əvvəlində “Kasımpaşa”dan “Dənizlispor”a transfer olunmuşdu.

Oxşar xəbərlər

Super Liqa klubunda baş məşqçi istefası - Doğma meydanda məğlub oldu
Super Liqa klubu oyunçusundan şikayət edəcək - Müqaviləsini ləğv etdi
İcazəsiz Türkiyə klubundan ayrıldı - Müqaviləsinə xitam verildi
Türkiyə klubu maaş ödəmədiyi üçün müqaviləsini ləğv etdi - FOTO
Türkiyədə klubunu dəyişdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər