Zabit Səmədov yeni brendin siması oldu -FOTO
Bakı Biznes Mərkəzində məşhur kikboksyor Mauqli ləqəbli Zabit Səmədovla Avstriya ticarət markası Berg arasında müqavilə imzalandı.
Sportfm.az xəbər verir ki, bununla da Zabit Səmədov Berg ticarət markasının səfiri oldu. O, Berq şirkətinin yeni içki markası olan "Berg Glucose"-nın ölkəmizdə və dünyada siması və rəsmi təmsilçisi olacaq.
"Berg Glucose" Azərbaycan bazarında sağlam həyat tərzini təbliğ edən ilk məhsuldur. Bu məhsulun tərkibində vitaminlər kompleksi, qlükoza, dəmir və təbii limon suyu var. Tədbirdə çıxış edən məşhur kikboksiyor məhsulun siması olmağının səbəbini də açıqladı. Zabit Səmədov: "Qələbəyə aparan sir sağlamlıq üçün düzgün seçim etmək, səy göstərmək və gücdür. Mən sağlam həyat tərzini seçmişəm. "Berg Glucose"-a da sağlam həyat tərzi üçün mükəmməl içkidir. Bütün bu oxşarlıqlar məni və "Berg Glucose"-nı birləşdirir"- dedi.
Sualları cavablandıran Zabit Səmədov həmçinin qeyd etdi ki, "Berg Glucose" ilə bizi qarşıda çox maraqlı aktivliklər və layihələr gözləyir. O, tərkibində immun sistemini gücləndirən vitamin kompleksi, dəmir və qlükoza olan "Berg Glucose"-nı və həyatımızın istənilən anında möhkəm olmağı tövsiyyə etdi. Qeyd edək ki, "Berg Glucose"-nın sloqanı "möhkəm ol"-dur.
Oxşar xəbərlər
Zabit Səmədov restoran biznesinə girişdi
Zabit Səmədov məşhur seriala çəkiləcək - VİDEO
Zabit Səmədov nokautla qalib gəldi
Zabit Səmədov ad gününü qeyd etdi - FOTO
Zabit Səmədov Röya ilə birlikdə - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası