Top tora daxil olsa da, qol hesaba alınmadı - İngiltərədə qalmaqal -FOTO
Futbol üzrə İngiltərə Premyer Liqa bərpa edilib.
Sportfm.az xəbər verir ki, 28-ci tur çərçivəsində baş tutan "Aston Villa" - "Şeffild Yunayted" görüşü qalmaqalla yadda qalıb. Belə ki, matçın 40-cı dəqiqəsində qonaqların futbolçusu Oliver Norvudun yerinə yetirdiyi cərimə zərbəsi zamanı "Villa"nın qapıçısı Eryan Nyuland topu ram edərkən qapı xəttini keçsə də, qol qeydə alınmayıb. Baş hakim Maykl Oliver topun qapı xəttini tam keçmədiyini bildirərək, "Şeffild"in sevinməsinə imkan verməyib. Ancaq təkrar zamanı məlum olub ki, "Aston Villa" əslində hesabda geri düşməli imiş. Sadəcə qarşılaşmada tətbiq edilən topun qapı xəttini keçməsini müəyyən edən sistem çalışmayıb.
Qeyd edək ki, oyun 0-0 bitib.



Oxşar xəbərlər
"Roma"dan "Aston Villa"ya - Transfer
Qurban Qurbanovun adı dünya “feyr-pley” siyahısında
Premyer Liqa klubunda 3 ayrılıq - Müqavilələri ləğv edildi
İngiltərə klubunda yeni rekord - 90 ildən sonra
"Liverpul"un qolu niyə qeydə alınmayıb? - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası