reklam
Azərbaycan Premyer Liqası ləğv edilir? –
Sportfm.az xəbər saytı

Azərbaycan Premyer Liqası ləğv edilir? –FOTO


İyunun 21-də bərpası gözlənilən futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsüm ləğv oluna bilər.

Sportfm.az xəbər verir ki, sportinfo.az saytı Peşəkar Futbol Liqasının (PFL) ölkə klublarına göndərdiyi məktubu dərc edib.

Məktubda bildirilib ki, hazırkı şərtlər altında klublar çempionatın davam etdirilib-etdirilməməsi ilə bağlı öz mövqelərin yazılı şəkildə PFL-ə göndərsinlər.

Çempionatın bərpasını istəyən klub hazırkı karantin rejimi ilə bağlı yarana biləcək bütün problemlərə isə özü cavabdeh olmalıdır.

Klublar bu gün artıq saat 16:30-dək öz fikirlərini PFL-ə bildirməli idi.

Qeyd edək ki, həftəsonları yaranan qadağalardan sonra Premyer Liqanın bərpası sual altına düşüb.

 

Oxşar xəbərlər

Klublarımız AFFA-ya qarşı - ARAŞDIRMA
Azərbaycan Premyer Liqasında yeni qaydalar - AÇIQLAMA
PFL-dən Premyer Liqa ilə bağlı açıqlama - RƏSMİ
Premyer Liqanın bərpa vaxtı açıqlandı
"Hələlik maaşların azaldılması gündəmdə deyil" - Klublar Komitəsinin sədri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər