İdman naziri ÇL-in final oyunu ilə bağlı danışdı
Türkiyənin Gənclər və İdman naziri Muharrem Kasapoğlu bu il İstanbulda keçirilməsi planlaşdırılan Çempionlar Liqasının final oyununun başqa şəhərdə təşkil olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportfm.az xəbər verir ki, o, "TRT Spor" kanalının "Instagram" səhifəsindəki canlı yayımda UEFA-nın həlledici matçın yerini dəyişməyəcəyinə inandığını söyləyib.
Nazir sözügedən məsələnin diqqət mərkəzində olduğunu vurğulayıb: "Bu, olduqca vacib mövzudur. Görüş mayda keçirilməli idik. Cari mövsümün əvvəlində UEFA Superkubokunun oyununa yüksək səviyyədə ev sahibliyi etdik. Final qarşılaşmasını da bu cür keçirəcəyimizə şübhəm yoxdur. İyunun 17-də gözəl xəbər alacağımıza inanıram".
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin 17 iyun tarixindəki iclasında avrokuboklarla bağlı qərar qəbul olunacaq. (report)
Oxşar xəbərlər
Final matçları İstanbulda keçiriləcək - Avropa Liqası və Konfrans Liqası
UEFA-dan final oyunu ilə bağlı AÇIQLAMA - Çempionlar Liqası
AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərlə bağlı açıqlama
AFFA prezidenti: "Bu etimadı əməli işimizlə doğruldacağımıza inanırıq"
Çempionlar Liqasının finalı Bakıda keçiriləcək? - AFFA-dan AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası