reklam
Azərbaycanda karantindən sonra ilk matç
Sportfm.az xəbər saytı

Azərbaycanda karantindən sonra ilk matç


Azərbaycan Premyer Liqası karantinə görə dayandırılandan sonra ilk futbol matçı keçiriləcək.

Sportfm.az xəbər verir ki, ilk matç “Sabah”la “Qarabağ” arasında hazırlıq oyunu olacaq.

Masazırdakı yoxlama matçı saat 19:30-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq. Sabah isə 3 yoxlama qarşılaşması birdən keçiriləcək.

Bunlar “Neftçi” – “Keşlə”, “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” görüşləridi.

Xatırladaq ki, martın 8-dən məcburi fasiləyə yollanan Premyer Liqamızın iyunun 21-də XXI turla davam etməsi nəzərdə tutulub.

Yoxlama matçı
9 iyun
19:30. “Sabah” – “Qarabağ”
Bakı. “Bank Respublika Arena” stadionu

Oxşar xəbərlər

“Qarabağ” – “Keşlə” matçının vaxtı bilindi - Azərbaycan Premyer Liqası
XX turun oyun cədvəli - Azərbaycan Premyer Liqası
"Qarabağ" - "Neftçi" matçının vaxtı dəqiqləşdi - Azərbaycan Premyer Liqası
İlk matçda “Sabah” "Səbail" ilə qarşılaşacaq - Premyer Liqa
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər