Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıdakı dünya kubokunun tarixi açıqlandı -RƏSMİ
Beynəlxalq Gimnastika Federasiyası (FIG) COVID-19 pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə Dünya Kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edib.
Sportfm.az xəbər verir ki, 24-26 aprel tarixlərində Bakıda təşkil edilməli olan dünya kuboku növbəti ilin may ayında baş tutacaq. Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli kubok 2021-ci ilin 7-9 may tarixlərində elə eyni məkanda – Milli Gimnastika Arenasında keçiriləcək.
Olimpiadaya təsnifat xarakterli bədii gimnastika üzrə digər dünya kubokları gələn il 9-11 apreldə Sofiyada (Bolqarıstan), 16-18 apreldə Daşkənddə (Özbəkistan) və 11-13 iyunda Pesaroda (İtaliya) təşkil ediləcək.
Oxşar xəbərlər
Dünya kuboku təsnifat xarakteri daşıyacaq - Tokio-2020
Bakıda keçiriləcək dünya kuboklarının tarixi bilindi
Dünya Kuboku keçirilməyəcək
Bakıdakı Dünya Kuboku baş tutmayacaq
Bakı Olimpiya Oyunlarının təsnifat yarışlarına ev sahibliyi edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası