Güləş federasiyasının prezidenti vəfat etdi
Dünya güləş ailəsi ağır itki ilə üzləşib.
Sportfm.az xəbər verir ki, Avropa Güləş Federasiyasının (UWW-EU) prezidenti Tseno Tsenov uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.
Güləşin inkişafında böyük xidmətləri olan mərhum xüsusən 2013-cü ildə bu idman növünün Olimpiadanın proqramında qalmasında böyük əmək sərf etmişdi.
Qeyd edək ki, Sofiya Universitetinin Tarix və Arxitektura fakültəsini bitirən T.Tsenov Bolqarıstan Güləş Federasiyasında baş katib, vitse-prezident və prezident vəzifələrində çalışmaqla yanaşı, 1978-ci ildən köhnə adı Avropa Güləş Şurası olan qurumun İcraiyyə Komitəsinin üzvü olub. 1996-cı ildən isə bu quruma başçılıq edirdi. Təcrübəli güləş mütəxəssisi 7 dəfə bu qurumun prezident seçkilərində qalib gəlmişdi. T.Tsenov həmçinin 2002-ci ildən Dünya Güləş Birliyinin (UWW) Büro üzvü idi.
Oxşar xəbərlər
Azərbaycan futboluna ağır itki - AFFA nümayəndəsi vəfat etdi
Basketbol Federasiyasının yeni prezidenti seçildi - FOTO
Süleyman Mikayılov AİBA-nın İcraiyyə Komitəsinə üzv seçildi
Rokko prezident oldu
Güləş Federasiyasının I vitse-prezidenti işdən çıxarıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt"ın heyətində amerikalı oyunçu
-
“Neftçi” – “Turan Tovuz” oyununun vaxtı məlum oldu - Premyer Liqa
-
“Şəfa”nın prezidenti Kopenhagendə - FOTO
-
Belarus və Moldova heç-heçə etdi - Millətlər Liqası
-
"Xankəndi"nin yeni baş məşqçisi məlum oldu
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası