reklam
Klublarımız yenidən koronavirus testindən keçəcəklər
Sportfm.az xəbər saytı

Klublarımız yenidən koronavirus testindən keçəcəklər


Azərbaycan Premyer Liqasının oyunlarının bərpasından əvvəl klubların futbolçuları və məşqçi heyəti mütləq şəkildə koronavirus testinə cəlb olunacaq. 

Sportfm.az xəbər verir ki, bu barədə qərar AFFA-nın təşəbbüsü ilə təşkil olunan Klublar Komitəsinin iclasında qəbul edilib. 

 Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada çıxara bilər. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin COVID-19 testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. "Qəbələ"dən başqa digər komandalar bir dəfə koronavirus testindən keçib. 

Oxşar xəbərlər

Premyer Liqada koronavirus şoku - 16 yoluxma
Çempionatın formatı dəyişdirildi - Gürcüstanda
Azərbaycan Premyer Liqası bərpa olunur – RƏSMİ
AFFA klublarla razılığa gəldi - Çempionat başlayır
Azərbaycan Premyer Liqasında yeni qaydalar - AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər