AFFA klublarla razılığa gəldi - Çempionat başlayır
AFFA, PFL və Premyer Liqa klubları rəsmilərinin iştirak etdiyi iclasda əvvəlcə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çıxış edərək toplantının keçirilmə qaydaları və müzakirə olunacaq məsələlər barədə danışıb.
E.Məmmədov qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar stadionların və digər idman qurğularının dezinfeksiya olunması, çempionat bərpa olunacağı təqdirdə oyunlarda əvəzetmə sayının müəyyənləşdirilməsi, futbolçuların müqavilə müddəti və icarə əsasında çıxış edən oyunçularla bağlı suallara aydınlıq gətirilməsi, kubok oyunlarının təqvimi və uşaq liqalarında oyunların keçirilib-keçirilməyəcəyi əsas müzakirə mövzusu olan məsələlərdir. Sonra Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin rəisi Elgiz Abbasov klubların məşqə başlayacağı təqdirdə ölkə çempionatının hansı tarixlərdə bərpa olunacağı ilə bağlı mümkün variantlar barədə məlumat verib. Cari mövsümün hələ ki başa çatmaması və yekun turnir cədvəlinin olmaması nəzərə alınaraq, klub nümayəndələri klubların adının əlifba sırasına uyğun qaydada çıxış edib. Müvafiq olaraq, “Keşlə”, “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sabah”, “Səbail”, “Sumqayıt” və “Zirə” klubunun rəsmiləri müzakirə olunan məsələlər barədə fikirlərini bildirib, onları maraqlandıran sualları səsləndiriblər. Bütün klubların nümayəndələri stadion və bazalarda müvafiq dezinfeksiya işlərinin aparıldığını bildirib. Çempionat oyunlarında 3 fasilə olmaq şərtilə 5 əvəzləmənin həyata keçirilməsi təklifi bütün klublar tərəfindən dəstəkləndiyi üçün məsələnin İcraiyyə Komitəsinin növbəti iclasında gündəliyə daxil olunması qərara alınıb. Kubok oyunlarının təqviminin dəqiqləşdirilməsi üçün Premyer Liqanın mümkün bərpa tarixinin gözlənilməsi barədə razılıq əldə olunub. Birinci divizion və uşaq liqalarında oyunların keçirilməsi məsələsinə aydınlıq gətirilməsi COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına əsasən tənzimlənəcək.
Premyer Liqa klublarının məşqçi və oyunçu heyətinin koronavirus testindən keçirilməsi ilə bağlı AFFA-nın tövsiyəsinə cavab olaraq, bütün klublar bildirib ki, artıq proses başlayıb və davam edir.
İcraçı vitse-prezident Elxan Məmmədov testlərin keçirilməsi üçün hər bir Premyer Klubuna AFFA tərəfindən maliyyə yardımı göstəriləcəyini və müvafiq vəsaitin mayın 15-də klubların hesabına köçürüləcəyini bildirib.
Premyer Liqa klublarının rəsmiləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun, müvafiq tibbi təlimatlara riayət olunmaqla çempionatın bərpası ilə bağlı AFFA və PFL-in təkliflərini dəstəklədiklərini qeyd ediblər.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Avropa çempionatının favoritləri - SİYAHI 29.03.2024, 13:02
FİFA “Qarabağ”ın oyunçusunun qolunu paylaşdı 29.03.2024, 12:57
İntizam Komitəsinin qərarı ləğv olundu - "Lion" şikayəti təmin olundu 29.03.2024, 12:29
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 29.03.2024, 12:14
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Lunyov Bakıda hər ay nə qədər pul xərcləyir? 29.03.2024, 09:47
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |