Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Premyer Liqada koronavirus şoku -16 yoluxma
Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçirilib.
Sportfm.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə, 9-15 noyabr aralığında 1207 nəfərdən koronavirus testi götürüldüyü, 16 nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb.
Bununla da, 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 68-ə çatıb.
Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun olaraq 10 gün karantində qalacaqlar.
Oxşar xəbərlər
Daha 24 nəfərdə koronavirus aşkarlandı - Tokio-2020
Premyer Liqada koronavirus şoku - 36 yeni yoluxma
Premyer Liqada daha 4 yoluxma
7 nəfər klub üzvündə koronavirus aşkarlandı
Məşhur klubda 6 nəfərin testi positiv çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası