İpək Yolu Kuboku keçiriləcək -Azərbaycan və Gürcüstan arasında
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF) eləcə də SOCAR-ın təşkilatçılığı ilə internet üzərindən blits şahmat üzrə beynəlxalq İpək Yolu Kuboku keçiriləcək.
Sportfm.az xəbər verir ki, turnir 26 mayda Gürcüstanda Müstəqillik gününə, 28 mayda isə Azərbaycanda Respublika gününə həsr ediləcək.
Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan və Gürcüstanda bayram günlərində iki ölkə arasında idman əlaqələrinin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının saxlanılması eləcə də şahmatın təbliği ilə bağlıdır.
Yarış playchess.com virtual oyun platformasında keçiriləcək. Turnirdə ümumilikdə 50 iştirakçı olacaq. İpək Yolu Kubokunda AŞF və GŞF tərəfindən FİDE əmsalına görə (01.05.2020 tarixinə) kişilərdə ilk 12, qadınlarda ilk 8 şahmatçı və 16 yaşa qədər gənclər arasında (01.01.2020 tarixinə 16 yaşı tamam olmamış) ilk 3 şahmatçı mübarizə aparacaq. Federasiyalar yarışa “wild card” ilə 2 şahmatçı dəvət etmək hüququna malikdir.
Yarışın ümumi mükafat fondu 20 min avro təşkil edir.
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə yoldaşlıq görüşü keçirəcək
Rauf Məmmədov beynəlxalq turnirin qalibi oldu
“İpək yolu kuboku”nun ilk 7 turunun oyunları keçirildi
“İpək Yolu Kuboku” turniri start götürür
Azərbaycan kuboku internet üzərindən keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası