Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qara Qarayev:"Onun karyerasını bitirməyini istəməzdim"
"Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev UEFA-nın rəsmi saytına müsahibə verib. Sportfm.az xəbər verir ki, yığmamızın üzvü avrokuboklar barəsində danışıb:
"İlk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazananda yeni mühitə düşmüşdük. Güclü rəqiblərə və qrupdakı atmosferə alışmağa çalışırdıq. Pis çıxış etmədik. "Sent-Etyen”, "İnter” və "Dnepr” kimi komandalara qarşı layiqli mübarizə apardıq. Növbəti mövsümə daha yaxşı hazırlaşdıq və yenə güclü rəqiblərlə eyni qrupa düşsək də, pley-off-a adlamağa yaxın idik. Hazırda "komandamızın böyük təcrübəsi var. Lakin bəxtimiz hərdən gətirmir. "Slovan”la Bakıdakı oyunun 10-cu saniyəsində qol buraxdıq, "Fiorentina” ilə səfər görüşündə isə qırmızı vərəqə bütün planlarımızı pozdu. "Qarabağ” ardıcıl 3-cü il ildir ki, Avropanın güclü klubları ilə mübarizə aparır. Məncə, buna görə, "Qarabağ” və Azərbaycan futbolu əksər ölkələrdə tanındı”.
Qarayev "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov barədə də fikirlərini söyləyib:
"Baş məşqçimiz mənə çox kömək edib. "Qarabağ”ın gənclər komandasında çıxış edəndə oyunumu izləyib və məni əsas komandaya dəvət etmişdi. Əsas heyətdə oynayandan sonra milli komandaya da dəvət aldım. Qurban Qurbanov bizə qələbə əmri verən komandarimizdir. Çox sadə və intizamlı insandı. Məhz onun rəhbərliyi altında bu səviyyəyə çatmışam. O, təkcə nəticəyə deyil, komandanın ümumi inkişafına da diqqət edir. Düşünürəm ki, "Qarabağ” Azərbaycan və Avropadakı uğuruna görə məhz Qurban Qurbanova borcludur”.
Qara komandanın kapitanı Rəşad Sadıqov barədə də xoş sözlər deyib: "Rəşad həm meydanda, həm də paltardəyişmə otağında futbolçulara öz güclərinə inanmaqda çox kömək edir. Yeni-yeni oynamağa başlayanda mənə də böyük dəstəyi olub. Həm klubda, həm də millidə Rəşadın varlığı vacibdir. Onun karyerasını bitirməyini istəməzdim. Rəşad Sadıqov həm "Qarabağ”, həm də Azərbaycan futboluna çox lazımdır”.
Qarayev futbola yeni başladığı dövrdə qəssablıqla da məşğul olduğunu söyləyib:
"Futbola yeni başlayanda əlavə olaraq əmimlə birlikdə qəssablıq edirdim. Lakin peşəkar karyeramdan sonra yalnız futbolla məşğul oldun. Buna baxmayaraq qəssablıqla məşğul olmaq mənə çox maraqlı idi”.
Mənbə: Futbol11.az
Oxşar xəbərlər
“Qarabağ” çox güclü komandadır" - Xabi Alonso
Emin Qaraya deyib ki...
Qara Qarayev ağ-qara komandada
Avropa Liqasında ən çox oyun keçirən futbolçular bilindi - "Qarabağ"ın kapitanı 66 matçda oynayıb
“Bu məğlubiyyət Qurban Qurbanovu daha məsuliyyətli edəcək"... MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası