Millimizin futbolçusu məhşur aktyorla görüşündən danışdı -FOTO
"Azərbaycan milli komandası ilə Norveçlə qarşılaşanda Stiven Siqal döyüş sənətləri məktəbi açmaq üçün Bakıda idi. Komandamızın məskunlaşdığı oteldə iki gün qaldı və matçımızı izlədi".
Sportfm.az xəbər verir ki, bu fikirləri Almaniyanın "Ertzgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov "Tag24" nəşrinə açıqlamasında ABŞ-ın tanınmış iş adamı və aktyoru Stiven Siqalla görüşü baradə danışarkən deyib.
30 yaşlı hücumçu həmin vaxt onunla bir araya gəldiyini və bunun özü üçün təcrübə olduğunu bildirib. Nazarov Siqalın filmlərinə baxmağı çox xoşladığını sözlərinə əlavə edib. Oyunçu tanınmış aktyorla çəkdirdiyi fotonu indiyədək "WhatsApp"da profil şəkli kimi saxladığını vurğulayıb.
Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır.

Oxşar xəbərlər
Millimizin futbolçusu Almaniya klubu ilə vidalaşdı
Millimizin futbolçusu növbəti dəfə testindən keçdi
Dmitri Nazarov tarixə düşdü
“Baş məşqçidən əlavə vaxt istəyəcəm” - Dmitri Nazarov
Dmitri Nazarov klubunu dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası