reklam
“Baş məşqçidən əlavə vaxt istəyəcəm” -
Sportfm.az xəbər saytı

“Baş məşqçidən əlavə vaxt istəyəcəm” -Dmitri Nazarov


Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov klubu "Aue"nin təlim-məşq toplanışına gec qoşulacaq.

Sportfm.az xəbər verir ki, bunu futbolçu özü Almaniya mətbuatına açıqlamasında deyib.

Komanda yoldaşları istirahət etdiyi bir vaxtda Nazarov yoldaşlıq görüşləri üçün millimizin düşərgəsində idi. Nəhayət, istirahətə yollanan 28 yaşlı orda sahə oyunçusu yolulduğunu etiraf edib.

O, "Aue"nin baş məşqçisi Hannes Dryusdan istirahət üçün əlavə 3-4 gün vaxt istəyəcəyini söyləyib: "Mənə istirahət lazımdı. Baş məşqçidən əlavə vaxt istəyəcəm. Çünki mövsüm təkcə fiziki yox, həm də psixoloji cəhətdən yorucu keçdi. Bu il əvvəlki ilə müqayisədə daha gərgin oldu. Yorucu uzun yollar qət etməli olduq və yenidən bərpa olmağa vaxt yox idi".

Qeyd edək ki, Dmitri Nazarov millimizin toplanışı çərçivəsində Qırğızıstanla matçda 32, Qazaxıstanla qarşılaşmada 45 dəqiqə iştirak edib, Latviya ilə oyunu isə ehtiyatda keçirib. (apasport.az)

Oxşar xəbərlər

Millimizin sabiq futbolçusu kapitanlıqdan məhrum edildi
Dmitri Nazarov üçün 90 dəqiqə
"Mən bundan məmnun deyiləm" - Dmitri Nazarov
“Nazarov vəziyyəti bərabərləşdirməlidi” - Baş məşqçi narazıdı
Dmitri Nazarov klubunu dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər