reklam
Sportfm.az xəbər saytı

"Yuventus" - "Lion" oyununun vaxtı məlum oldu


Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək "Yuventus" - "Lion" cavab oyununun vaxtı müəyyənləşib. 
Sportfm.az xəbər verir ki, bunu "Lion"un prezidenti Jan-Mişel Olas Fransa mətbuatına açıqlayıb. O, görüşün avqustun 7-də Turində keçiriləcəyəni bildirib. Matça azarkeş buraxılmayacaq.

Olas eyni zamanda Fransa Liqa 1-in ləğvinə görə Peşəkar Futbol Liqasına etiraz məktubu göndərdiklərini də deyib. O bildirib ki, çempionatın ləğvi "Lion" və PSJ-nin Çempionlar Liqasındakı rəqiblərinə nisbətən hazırlıqsız olmasına gətirib çıxaracaq.
Qeyd edək ki, "Lion" ilk görüşdə "Yuventus"a 1:0 hesabı ilə qalib gəlib. 

Oxşar xəbərlər

"Bavariya" finalda - Çempionlar Liqası
Ronaldo üçün yeni rekord
"Yuventus"u belə məğlub etdilər - VİDEO
Fransızlar italyanlardan üstün oldu - VİDEO
"Real" evdə, "Yuventus" səfərdə məğlub oldu - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər