reklam
Dördqat dünya çempionuna xüsusi təklif -
Sportfm.az xəbər saytı

Dördqat dünya çempionuna xüsusi təklif -Maaşını azaldacaqlar


"Formula 1”də çıxış edən “Ferrari” komandası pilotu Sebastyan Fettellə müqaviləni yeniləmək üçün ikinci dəfə danışıqlar masasına dəvət edib. 

Sportfm.az xəbər verir ki, İtaliya təmsilçisi almaniyalı sürücüyə 2+1 illik razılaşma təklifi ünvanlayıb. Bildirilir ki, “Ferrari" hələ də dördqat dünya çempionunun maaşını azaltmaq niyyətindədir. 

Hazırkı müqaviləyə əsasən o, ildə təxminən 30 milyon ABŞ dolları qazanır. Lakin "Ferrari" Fettelin məvacibini komanda yoldaşı Şarl Leklerlə bərabərləşdirmək istəyir. 

Fettel daha öncə "Ferrari" ilə müqaviləni bir il uzatmaq təklifini rədd edib. Onun sözləşməsinin müddəti 2020-ci ilin sonuna qədər qüvvədədir. Komanda almaniyalı pilotla vidalaşacağı təqdirdə, Karlos Sayns ("Mclaren") və ya Daniel Rikkardonu ("Reno") heyətinə qatacağı deyilir. 

Oxşar xəbərlər

Almaniyalı pilot “Ferrari”dən gedir
4 qat dünya çempionu "Ferrari"dən gedir
İdmançıların astronomik maaşları açıqlandı - SİYAHI
Ferrari” Şarl Leklerlə yeni müqavilə bağladı
“Ferrari” Raykkonenlə yollarını ayıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər