Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Ferrari” Raykkonenlə yollarını ayıracaq
İtaliyanın “Ferrari” komandası Kimi Raykkonenlə yollarını ayırmağa hazırlaşır.
Sportfm.az xəbər verir ki, bu gün yeni mövsüm üçün namizədləri gözdən keçirəcək rəhbərlik 38 yaşlı finlandiyalı pilotla müqaviləni uzatmaq niyyətində deyil.
2019-cu il mövsümündə Sebastyan Fettelin başqa bir komanda yoldaşı olacağı bildirilir. Raykkoneni əvəzləməyə ən real namizəd kimi İsveçrənin “Sauber” komandasının pilotu Şarl Lekler göstərilir.
Qeyd edək ki, Kimi Raykkonen 2007-ci ildən “Ferrari”də çıxış edir. O, cari mövsümdə geridə qalan 14 mərhələdən sonra 164 xalla 3-cü pillədə qərarlaşıb. Hesabında 256 xal olan “Mercedes”in pilotu Lüis Hemilton ilk, Fettel isə 226 xalla 2-c yerdədir.
Oxşar xəbərlər
Mövsümün 8-ci Qran-Prisinin qalibi oldu
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi
Hemilton Sinqapur Qran-Prisinin qalibi oldu
Lekler “Ferrari”nin ən gənc pilotu olacaq
Hemilton Formula 1-in ümumi hesabında birinci yerdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
Millimiz Haiti yığmasına məğlub oldu - Dünya çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
11 cüdoçumuz “Böyük Dəbilqə”də iştirak edəcək
-
"Qalatasaray" - "Fənərbaxça" 2:1 - VİDEO













Misli Premyer Liqası